• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1435
— 18.12.2018 22:00

Azyaşlının əməliyyat pulunu oğurladılar

KepezTV Player

Bakıda oğurluq hadisəsi qeydə alınıb. Əzələ əriməsi xəstəliyindən əziyyət çəkən, 2 yaşlı Nərgiz Məmmədovanın müalicəsi üçün yığılan pullar oğurlanıb. Bu barədə Nərgizin anası Könül Məmmədova məlumat verib. O, bildirib ki, hadisə yaşadıqları evdə - Bakının Xətai rayonu, Gəncə prospekti ev 67, mənzil 21 ünvanında qeydə alınıb. Balaca Nərgizin müalicə və əməliyyat olunması üçün yığılan 21 min manat pul naməlum şəxslər tərəfindən  oğurlanıb. Polis əməkdaşları hadisə yerinə gələrək  barmaq izlərini götürüblər, faktla bağlı araşdırma aparılır.