• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1661
— 17.12.2018 14:08

Bazarlarda satılan diri ev quşlarının qiymtləri qalxıb

KepezTV Player

Yaxınlaşan əlamətdar bayramlar münasibəti ilə bazarlarda satılan diri ev quşlarının qiymtəi həmişə olduğu kimi qalxıb. Bayram süfrələrini quş ətindən hazırlanan təamlarla bəzəmək istəyi tələbatı artırıb ki, nəticədə qiymətlərin yüksəlməsi müşahidə olunur.

Gözəçarpacaq qiymət artımı hind quşu satışında müşahidə edilir. 10-15 gün əvvəl 18-20 manata təklif edilən hind quşunu, indi 25-30 manatdan başlayan qiymətlərlə almaq mümkündür.

Alıcı qıtlığına rəğmən qaz, ördək və digər ev quşlarının qiyməti də əvvəlki günlərlə müqayisədə 3-5 manat arası yüksəlib.

Digər kənd təsərrüfatı məhsullarına gəldikdə isə göyərti və meyvə-tərəvəzin qiymətində artım müşahidə olunmur.

 

Elton Cabbarlı