• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1767
— 17.12.2018 14:32

Gəncədə abadlıq işləri davam etdirilir

KepezTV Player

Gəncədə son üç ay ərzində 27 küçəsdə 30 km-ə yaxın yola yeni asfalt örtüyü salınıb. Həmçinin küçələrdə gecə işıqlandırma sistemləri yenilənib, 1000 ədəd yeni işıq dirəkləri quraşdırılıb. Enerjiyə qənaət edən bu sistem həm də daha yaxşı işıqlanmanı təmin edir. Avtomobillərlə yanaşı piyadaların da rahat hərəkətini təmin edtmək üçün səkilər də asfaltlanıb. Şəhərdəki çoxmərtəbəli binaların dam örütüyüyün dəyişdirilməsi də davam edir. Artıq 127 binanın sakinlərini yağan yağış suları qorxuda bilməz. 80 bina da isə yeni dam örtüyü quraşdırılır. Yeni Gəncə, Gülüstan, Mahrasabağı yaşayış massivləri və mikrorayonlardakı binalarda yenilənmə işləri aparılır.

Mikayıl Zeynalov - Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini – “Gəncə şəhərində bizim 380-dən çox dam örütüyünün dəyişdirilməsinə ehtiyac var. Artıq bu ilin sonuna kimi 148-dən işlər başa çatacaq. Qalanaı isə növbəti ilədə başa çatdırılması nəzərdə tutulub. Gəncədə su-kanalzasaiya sisteminin dəyişdirilməsi ilə bağlı layihə həyata keçirilir, su xətti tamamilə yenidən qurulur. Bu işlərin aparıldığı küçələrdə də abadlıq işləri görülüb, küçələrdə abadlıq işlərinin görülməsi nəzərdə tutulur”.

Yaşar Orucov - sakin – “Əvvəllər yolumuz palçıq, pis gündə idi. Uşaqlar məktəbə gedib gələ bilmirdilər. İndi kanalzasiya xətti yeniləndi, yola asfalt çəkdilər, işıq dirəkləri dəyişir”.

Elmira Əliyeva - sakin -  “Dam örtükləri yenilənir. Damdan axan sular yığılıb. Şəhərdə olan gecə işıqlanmaları yenilənir. Biz bu gün yeni il qabağı hamımız çox sevinirk”.

 

Elnur Vahidoğlu