• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1511
— 14.12.2018 14:19

ATU-da “Heydər Əliyev Azərbaycanda yerli özünü idarəetmənin yaradıcısıdır” mövzusunda seminar keçirirlib

KepezTV Player

Ölkədə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazasının məhz Ümummilli liderin adı ilə bağlı olduğu xatırladılıb. Heydər Əliyevin sədrliyi ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu öz əksini tapıb. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra, 1999-cu ilin dekabırında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə hakimiyyətin əks mərkəzləşməsi prosesinə start verilib. Azərbaycan Texnalogiya Unverstetində də həmin ildən İnzibati İdarəetmə və Kommersiya kafedrası yaradılıb. Bu kafedrada  bakalavr üzrə Dövlət və bələdiyyə idarə etməsi, eləcə də Kamersiya ixisasları, magistr pilləsində isə  Regional İdarəetmə və Dövlət Qulluğu Meneceri ixtisasları açılıb. Hazırda isə bu ixtisslar üzrə 200-dən artıq tələbə təhsil alır.

Füzuli Məmmədov - UTECA-nın İnzibati İdarəetmə və Kommersiya kafedrasının müdiri – “Bizim ixtisası bitirənlər hazırda Respublikanın müxtəlif rayonlarında, şəhərlərində idarə etmə orqanlarında çalışırlar. Həmişə bizi sevindirir və çalışırıq ki, hazırda hazırladığımız tələbələrdə bu səviyyədə olsunlar. Elmi seminarı keçirməkdə də əsas məqsədimiz gələcəkdə yerli özünü idarə etmə orqanlarına peşəkar, bacarıqlı, yüksək ixtisaslı kadrların hazırlanması durur”.

Elnur Vahidoğlu