• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 767
— 14.12.2018 14:22

Rayon rəhbərliyi gənc həkimlərlə görüşüb

KepezTV Player

Şəmkirdə rayon rəhbərliyi ilə gənc həkimlərin növbəti görüşü reallaşıb. Gənc Həkimlər Birliyinin təsis edilməsinin 4 –cü ildönümünə təsadüf edən görüşdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına və kəndlərdəki tibb ocaqlarına 100-ə yaxın gənc kadrın işə qəbul olunduğuna diqqət çəkilib. Onların sırasında sahə xəstəxanalarına həkim və tibb məntəqələrinə rəhbər vəzifəyə təyinat alanlar da olub. Yeni tibb ocaqlarının inşa edilməsinin gənclərin ucqar kəndlərdə işlə təminatına zəmin yaratdığı vurğulanıb. Yaxın günlərdə Qədimqala və Şiştəpə kəndlərində istifadəyə veriləcək həkim məntəqələri də sözügedən tədbirlərin davamı kimi dəyərləndirilib. Gənc həkimlər vaxtşırı əhali arasında proflaktik tibbi müayinələr aparır və səyyar birqadalar pediatar, terapevt, ginekoloq, oftalmoloq və digər ixtisaslı həkimlərdən təşkil olunub. Sonda qabaqcıl tibb işçiləri fəxri fərmanla təltif edilib.  

Samir Namazov - Gənc Həkimlər Birliyinin sədri: Biz kəndin tibb məntəqəsində müayinə apardıqdan sonra evlərdə olan yataq xəstələrinində müayinələrini aparırıq. Bizim məqsədimiz ondan ibarətdir ki biz sağlamlığın gənc bələdçiləriyik və biz istəyirik ki Şəmkir rayonunun bütün əhalisi sağlam olsun.

 

Natiq Hüseyn