• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1603
— 14.12.2018 13:18

Oğurluqla məşğul olan 3 nəfər saxlanılıb

KepezTV Player

Quba Rayonu ərazisində müxtəlif vaxtlarda oğurluq edərək vətəndaşlara külli miqdarda maddi ziyan vuran şəxslər saxlanılıb. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən Cavid Nəcəfov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun cari ilin oktyabr-noyabr ayları ərzində rayonun Bağbanlı kəndi ərazisində yerləşən bağlardan və şəhər bazarı ərazisində yerləşən mağazalardan 5 oğurluq hadisəsi törətməsi, vətəndaşlara məxsus pul qabları, mağazalardan tütün məmulatları, spirtli içki və yeyinti məhsulları oğurlayaraq zərərçəkmişlərə maddi ziyan vurması müəyyən edilib. Keçirilmiş tədbirlərlə rayon ərazisində oxşar cinayətləri törədən başqa şəxslərin də şəxsiyyəti məlum olub. Belə ki,inşaat materialları mağazalarının birindən xeyli miqdarda santexnika avadanlıqları oğurlamaqda şübhəli bilinən Rafiq Abdullayev, Quba şəhər sakininin etibarından istifadə edərək aldatma yolu ilə pulunu mənimsəyən Qəribşah Hacıağayev saxlanılıb. Saxlanılan hər üç şəxs məsuliyyətə cəlb olunub. Onların başqa oğurluq hadisələrində iştirak edib etməməsi araşdırılır.