• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1040
— 14.12.2018 13:29

Yetkinlik yaşına çatmayan qadının qaçırılması ilə bağlı cinayət işi başlanıb

KepezTV Player

Dekabrın 12-də Bərdə rayon Polis Şöbəsinə rayonun Şorəlli kənd sakini 15 yaşlı qızın qaçırılması barədə məlumat daxil olub. Fakta görə rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Natavan Süleymanovanın Bərdə şəhər sakini, 19 yaşlı Habil İsmayılov tərəfindən oğurlanmasında əsaslı şübhələr olduğundan sonuncu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.