• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2007
— 14.12.2018 10:03

Samsung şirkəti qeyri-adi smartfon təqdim etdi

Koreyalılar Samsung Galaxy A8s smartfonunu təqdim ediblər. Onda ilk dəfə Infinity-O texnologiyasından istifadə etməklə dairəvi çıxıntı forması əldə olunub. Çıxıntının diametri 6,4 düymlük çərçivəsiz ekranda 6,7 millimetr təşkil edir. Aparat Snapdragon 710 prosessoru ilə işləyir. Barmaq izi skanı arxa paneldə bərkidilib. Operativ yaddaş 6 və ya 8 qiqabayt ola bilər. Əsas yaddaş isə microSD-nin həcmindən asılı olaraq 512 QB-dək artmaq imkanı var. Batareya həcmi 3400 mAs-a bərabərdir. Mobil cihaz 24, 10 və 5 meqapiksel ölçüdə üç əsas kamera qazanıb. Ön kamera isə 24 Mp-dir. Samsung Galaxy A8s göy, boz və yaşıl rəngdə təklif olunacaq. 21 dekabrdan sifarişə hazır olacaq smartfonun qiyməti barədə hələlik susurlar.