• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1432
— 13.12.2018 16:01

Azərbaycan Dövlət Aqrar Universitetində valideyn şurası yaradılıb

KepezTV Player

Valideyn universitet münasibətinin yaxşılaşdırılması və birgə fəaliyyətin cəmiyyət üçün gərəkli gəncliyin yetişdirilməsini təmin etdiyinə diqqət çəkən rektor İbrahim Cəfərov tələbələrlə mütəmadi görüşlərin keçirildiyini, valideynlərlə də səmimi və faydalı münasibətlərin qurulması üçün bütün səylərin göstəriləcəyini dilə gətirib. Şuranın yaradılması valideynlərin universitet həyatında iştirak etmək, tədris və imtahan prosesinə qatılmaq imkanı yaradır. Bu həm də Universitetin maddi-texniki bazası, təhsil və sosial şərait barədə ətraflı məlumat əldə etmək imkanı yaradacaq. Çıxışlarda bu cür görüşlərin keçirilməsinin əhəmiyyəti vurğulanaraq, valideyn şurasının fəaliyyəti barədə təkliflər söylənilib. Sonda 11 nəfərdən ibarət valideyn şurasına sədr və üzvlər seçilib.