• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 781
— 13.12.2018 15:42

AQTA mütəxəssisləri Gəncədə sahibkarlarla görüşüb

KepezTV Player

Qida Təhlükəsizliyi Agentliyi bölgələrdə sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir. Növbəti görüş Gəncədə keçirilib. Sahibkarlara Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən qida sahəsində çalışan subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması qaydaları haqqında məlumat verilib. Bundan əlavə, sahibkarlara qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı müraciətlərin qəbulu üçün səyyar xidmət göstərilib. 140 sahibkarın iştirak etdiyi tədbirdə qida təhlükəsizliyi üzrə qeydiyyata alınan 27 sahibkarlıq subyektinə dövlət reyestrindən çıxarış verilib. Qeydiyyatdan keçən sahibkarlıq subyektləri Qida Təhlükəsizliyi Agentliyi tərəfindən daim nəzarətdə saxlanılacaq və onlarla sıx əməkdaşlıq ediləcək. Görüşdə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının maarifləndirilməsi işinin bundan sonra da davam etdiriləcəyi bildirilib. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və istehsalçıların qarşılaşdıqları problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.

Orxan Mikayıl AQTA-nın Qeydiyyat və Sahibkarlarla İş şöbəsinin müdiri vəzifəsinin icraçısı: Qida Təhlükəsizliyi dövlət sahibkarlıq əməkdaşlığı çərçivəsində formalaşan bir aspektdir. Biz istəyirik ki Qida Təhülkəsizliyinin təmin olunmasında sahibkarlar Qida Təhülkəsziliyi agentliyinə maksimum dəstək olsunlar. Bu sahədə iştirakçılığını təmin etsinlər.

Natiq Hüseyn