• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2222
— 13.12.2018 13:41

Hazırlıqdan gələn yeniyetməni maşın vurdu

KepezTV Player

Bərdədə də piyadavurma hadisəsi olub.Rayonun Bakı küçəsində yerli sakin Şamxal Abdullayevin idarə etdiyi "Hyundai" markalı avtomobil yolu keçmək istəyən rayon sakini, 13 yaşlı Şölə Əliyevanı vurub.Müxtəlif bədən xəsarətləri alan piyada qəza törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Yeniyetmə qız 7 sinif şagirdidir. Hadisə o, hazırlıqdan çıxıb evə gedərkən baş verib. Faktla bağlı araşdırma aparılır.