• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2099
— 13.12.2018 10:36

Ken Blok 927 at güclü pikapın şinlərini belə “yedi”

Hoonigan Bonus YouTube kanalında Ken Blok Hoonitruck pikapını drift edib. “Cimxana”nın 10-cu seriyası üçün nəzərdə tutulmuş maşın Ford F-150 modelinin 1977-ci ildəki versiyası stilindədir. O, Ford Performance bölməsinin hazırladığı 3,5 litrlik EcoBoost turbomotorla təchiz olunub. Ardıcıl sürət qutusu ilə birləşən aqreqat 927 at gücündədir.