• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2193
— 12.12.2018 13:12

5 şəxsin saxta sənədlərlə dövlət sərhə­dindən keçmələrinin qarşısı alınıb

KepezTV Player

5 şəxsin saxta sənədlərlə dövlət sərhə­dindən keçmələrinin qarşısı alınıb. Moskva-Bakı reysi ilə uçub gələn Pakistan vətəndaşı Ənvər Coninin Böyük Britaniyaya məxsus pasportun qis­mən saxta olması, Bakı-İstanbul reysi ilə uçub gedən Pakistan vətəndaşı İmran Saqibin İsveçə məxsus İD kartının tam saxta olması müəyyən olunub. Bundan başqa, Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı Zubaydiva Ziyodanın pasportunda tarix-ştampların,Ərbil-Bakı reysi ilə uçub gələn Böyük Britaniya vətəndaşı Suar Solav Mohammed Aminin pasportunun saxta olması müəyyən edilib. Dubay-Bakı reysi ilə uçub gələn Hindistan vətəndaşı Çaudhari Ravindrakumarın isə Azərbaycana elektron vizasının saxta olması aşkar olunub. Saxlanılmış şəxslər barəsində müvafiq təd­bir­lər görülüb.