• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1005
— 12.12.2018 13:20

Avtomobil aşdı, 4 nəfər yaralandı

KepezTV Player

Hacıqabul rayonunun Udulu qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Salyan rayonunun Qaraçala kənd sakini 27 yaşlı İsgəndər Əliyevin idarə etdiyi “VAZ- 21074” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə srücü və avtomobildə olan ailənin digər üzvləri - 54 yaşlı Səməd Əliyev, 28 yaşlı Süsən Əliyeva və 27 yaşlı Hüsniyyə Əliyeva müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Hacıqabul rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.