• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1445
— 11.12.2018 13:51

Narkotikin təsirində olan kişi arvadını 5-ci mərtəbədən ataraq öldürdü

KepezTV Player

Bakıda kişi həyat yoldaşını öldürüb. Hadisə paytaxtın Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də baş verib. Nəsimi rayon Polis İdarəsinə həmin ünvanda yaşayan 30 yaşlı Adelya Taxvelinin binanın 5-ci mərtəbəsinin eyvanından yıxılaraq ölməsi barədə məlumat daxil olub. Araşdırmalardan sonra hadisənin cinayət olduğu ortaya çıxıb.Belə ki, qadının həyat yoldaşı Ramiz Taxvelinin avtomaşınına baxış keçirilərkən kibrit qutusunda çəkisi 5.647 qram olan qurudulmuş marixuana aşkar edilib. Məlum olub ki, Ramiz Taxvelidə narkotik qəbulu nəticəsində psixi pozğunluq yaranıb və həyat yoldaşı Adelya Taxvelini yaşadığı binanın 5-ci mərtəbəsindən atıb.Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və cinayəti törədən saxlanılaraq istintaqa təhvil verilib.