• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1739
— 10.12.2018 14:28

“Göyəzən” Gəncədə qələbə qazandı

KepezTV Player

AFFA tərəfindən həvəskarlardan ibarət komandalar arasında keçirilən Region Liqasında 2-ci dövrəyə start verilib. Yarışın Şimal-Qərb zonasında mübarizə aparan komandalar 8-ci turun ouyunlarını keçiriblər. Bu regionun lideri olan “Göyəzən” hesabat turunda Gəncədə “Qoşqar”ın qonağı olub. Autsayderlər mövqeyində qərarlaşan meydan sahibləri 80 dəqiqə ərzində Qazax komandasına ciddi müqavimət göstərib. Amma son nəticədə təcrübə öz sözünü deyib və qonaqlar böyükhesablı qələbə qazanıblar. Aqil Əliyevin yetimələrinin müdafiə xəttində inamsız oyunu “Qoşqar”ın evdə 0:4 hesablı məğlubiyyətini şərtləndirib. Bu qələbə ilə “Göyəzən” 17 xalla zirvədəki mövqeyini qoruyub. Gəncə kollektivi isə Nizami yurdundakı növbəti görüşünü də uğursuzluqla başa vurmaqla 6-cı pillədə qalıb.

Azad Rəfi