• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1457
— 10.12.2018 12:56

Maşınla vurulan piyadanın üzərindən başqa avtomobil keçdi

KepezTV Player

 Xaçmaz rayonunda qəza baş verib. Çaxçaxlı kəndində piyadanı "Niva" markalı maşın vurub, arxadan gələn "Qazel" markalı avtomobil isə sürətlə hərəkətdə olduğundan onun üzərindən keçib.Vurulan piyadanın Xaçmaz morquna təhvil verildiyi bildirilir.

Qazax rayonunda da piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası olub. Nurlan Hacıməmmədov "VAZ" markalı avtomobillə Aslanbəyli kəndi ərazisində hərəkətdə olan zaman rayon sakini 64 yaşlı Yuxarı Salahlı kənd sakini Abdulla Umudov sərxoş halda qəflətən avtomobilin önünə çıxıb. Nəticədə maşın onu vurub. Müxtəlif bədən xəsarətləri alan piyada sürücü tərəfindən Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə çatdırılıb. Vəziyyəti orta-ağırdır.

Daha bir qəza Gəncədə yaşanıb. Nizami rayonunda “Mercedes” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobillərin birində sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Bərdə rayonunda avtomobil qəflətən yolun hərəkət hissəsinə çıxan qoyun sürüsünü vurub. Hadisə Bərdə rayonunun Lək kəndi ərazisində qeydə alınıb. Rayon sakini Faxı Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillə törədilən qəza zamanı 15 baş heyvan tələf olub.Faktlarla bağlı araşdırmalar aparılır.