• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1219
— 07.12.2018 13:11

Qaydaları pozan piyadalar cərimələniblər

KepezTV Player

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşları yeraltı və yerüstü keçiddən istifadə etməyən piyadalara qarşı reyd keçirib. Qaydaları pozan piyadalar barədə inzibati tənbeh tədbirləri görülüb və cərimə olunublar. Nəqliyyatın ən sıx hərəkət etdiyi ərazidə keçidin inşa edilməsində əsas məqsəd yol nəqliyyat hadisələrinin qarşısını almaq olsa da, hələ də yolun hərəkət hissəsindən keçən piyadalar var. Beləliklə də həm özlərini, həm də sürücüləri təhlükəyə atırlar. Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi sözügedən ərazidə vaxtaşırı maarifləndirici tədbirlər həyata keçirir.

Qeyd edək ki, Zaqatalada bir müddət öncə tikilib istifadəyə verilən 4 giriş və çıxışdan ibarət olan yeraltı piyada keçidinin uzunluğu 130 metrə çatır. Piyadaların hərəkəti üçün hər cür şərait yaradılan yeraltı keçid nəqliyyatın hərəkətini asanlaşdırmağa hesablanıb.