• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1492
— 07.12.2018 13:18

Məktəblilərin olduğu avtobus qəzaya uğrayıb, yaralılar var

KepezTV Player

Səhər saatlarında Abşeron rayonu Qobu qəsəbəsindən paytaxt istiqamətində hərəkət edən, 217 nömrəli tam orta məktəbin şagirdlərinin də olduğu avtobus qəzaya düşüb. Təhsil müəssisəsindən Trend-ə verilən məlumata görə, qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub. 1 şagird, 2 valideyn - 14 yaşlı Mehman Əsgərov, 29 yaşlı Nümunə Məmmədova və 66 yaşlı Zöhrə Əkbərova ciddi xəsarət aldığı üçün 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hər üç şəxs kəllə-beyin travması alıb. Şagirdin vəziyyəti daha ağır olduğu üçün Reanimasiya şöbəsindədir. 1 şagird və 1 valideynə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. İlkin məlumata əsasən, nəqliyyat vasitəsi valideynlərin təşəbbüsü ilə Qobu qəsəbəsindən 217 nömrəli tam orta məktəbə şagirdlərin aparılıb-gətirilməsi üçün sifariş olunub.