• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1924
— 07.12.2018 13:22

Yaşayış evi partladı: 2 yaralı

KepezTV Player

Partlayış nəticəsində evdə olan 2 nəfər xəsarət alıb. Onlar dərhal Xaçmaz Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Xəsarət alan 56 yaşlı Qətibə Teymurovaya boyun nahiyyəsinin orta səthinin yanığı, 43 yaşlı David Əlimuradova isə bütün bədənin alov yanığı, şok diaqnozu qoyulub. Vəziyyəti ağır olan David Əlimuradov paytaxt xəstəxanalarından birinə yola salınıb.

Hadisəyə səbəb qaz sızması göstərilir. Partlayışın gücü böyük olduğundan 2 mərtəbəli yaşayış evinə və qonşuluqdakı mənzillərə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.