• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1524
— 04.12.2018 13:50

Türkiyədən gətirilən tozsoranın içindən psixotrop maddə çıxdı

KepezTV Player

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Türkiyədən sərnişin avtobusu ilə gələn Azərbaycan vətəndaşının əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Əl yükünə baxış zamanı, tozsoranın içərisindən sellofan paketdə külli miqdarda, təsiredici maddəsinin miqdarı 145,05 qram təşkil edən 967 həb MDMA (ekstazi) psixotrop maddəsi aşkar edilib.Faktla bağlı başlanan cinayət işi çərçivəsində həmin psixotrop maddəni götürmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gələn üç Azərbaycan vətəndaşı da saxlanılıb. Onlar barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.