• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3144
— 30.11.2018 12:57

Qəzada xəsarət alanlar arasında ərəb turistlər də var var

KepezTV Player

Şəkidə ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza Şəki Kiş yolunda qeyd alınıb. Bəhreyndən olan ərəb turistlərin olduğu “Toyota” markalı avtomobil , qarşıdan gələn Şəki rayonu Kiş kənd sakini İsrafil Rzayevin idarə etdiyi “Mercedes” markalı minik maşını ilə toqquşub. Nəticədə hər iki maşındakı sürücü və sərnişinlər , Bəhreyn sakinləri Nohuma Teyfulla , Sales Abdulla, Nəsiri Abdulla , Şəki sakinləri Pərvanə Məmmədeminova, Şəbnəm Məmmədova, Tariyel Səmədli müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki RMX-na çatdırılıblar. Zərərçəkənlərdən Məmmədova Şəbnəm və Səmədli Tariyel xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəsarət alanların müalicəsi davam etdirilir. Qəzanın səbəbləri araşdırılır.