• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1731
— 27.11.2018 17:39

Gəncə Regional Dövlət Yanğın Nəzarət İdarəsi müşavirə keçirib

“Payız-qış mövsümündə Gəncə Regional Dövlət Yanğın Nəzarət İdarəsinin xidməti ərazisində yanğın təhlükəsizliyini təmin olunmasında vəzifələrin icrası, problemlər və aidiyyatı təşkilatlar tərəfindən onların həlli istiqamətində qurumlar arasında qarşılıqlı iş fəaliyyəti “ adlı  müşavirə keçirilir. Qərb bölgəsinin 9 şəhər və rayonun aidiyyatı üzrə nümayənlərini qatıldığı görüşdə  yanğın təhlükəsizlyini etibarlı təmin edilməsi, qaz təsərrüfatının isismarı zamanı yanğın, partlayış və zəhərlənmə kimi bədbəxt hadisələrin mühafizə edilməsi, elektrik qurğularını quraşdırılması və istifadəsi zamanı qaydalara riayət olunması və yaşayış binalarını yanğın təhlükəsizliyi və tüstü bacalarını təmizlənməsi kimi mövzular müzakirə olunub. Çıxışlarda bu ilin 10 ayı ərzində respublikada baş verən 147 yanğın hadisəsindən 13%-nin qərb bölgəsini payına düşdüyü və nəticədə 3 nəfərin həlak olduğu, 18 nəfərin xəsarə aldığı bildirilib. Bundan başqa bu ilin noyabr ayında Daşkəsən rayonunun Quşcu kəndində başverən yanğın zamanı 4-ü uşaq olmaqla 5 nəfərin dünyasını dəyişdiyi, həmçinin bu ayın 20-də Gəncə şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində 3 nəfərin öldüyü, 1 nəfərin isə ağır yaralandğıda diqqətə çatdırılıb. Müşavirədə FHN-nin yanğın təhlükəsizliyi ilə bağlı hazırladığı videoçarxda nümayiş etdirilib.

Natiq Piriyev – Gəncə Regional DYN idarəsini rəisi: “Müşavirənin məqsədi qarşıdan gələn qış aylarında bu kimi xoşagəlməz hadisələrin sayının artmasını ehtimalının yüksək olması nəzərə alınaraq, aidiyyatı qurumların yanğın təhlükəsizliyi tədbirlərini yerinə yetirilməsində diqqətin artırılması və yanğın təhlükəsizliyi məzmununda daxil olan şikayyətlərə, eləcədə məlumatlara operativ reaksiyanın verilməsidir.