• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1211
— 26.11.2018 13:24

2 qəzada 4 nəfər yaralandı

KepezTV Player

Siyəzəndə 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bakı–Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzənin Zarat kəndi ərazisindən keçən hissəsində 10 AR 424 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobil idarəetməni itirərək beton maneəyə çırpılıb. Qəza nəticəsində yaralanan Bakı şəhər sakinləri, 58 yaşlı Ceyhun Rzayev və 38 yaşlı Anar Rəsulov Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb. Vəziyyətləri ağır olan digər iki nəfər isə Sumqayıt şəhərindəki xəstəxanaya aparılıb. Sınıq xəsarətləri alan Ceyhun Rzayev və Anar Rəsulov da ilkin tibb yardımdan sonra müalicələrini davam etdirmək üçün Bakı şəhərinə yola salınıb. Digər qəzada eyniadlı yolun Zarat kəndi ərazisindən keçən hissədə qeydə alınıb. 90 CJ 082 dövlət nöçrə nişanlı Niva markalı maşın 90 NN 415 dövlət nömrə nişanlı VAZ 21015 markalı avtomobillə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.