• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1755
— 23.11.2018 13:17

Qonur ayının ovlanması ilə bağlı araşdırmalara başlanıldı

KepezTV Player

Azərbaycanda milli parkda adı “Qırmızı kitab”a düşən qonur ayı ovlanıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən İsmayıllı Rayon Polis Şöbəsinə müraciət daxil olub. Məlumata görə, Şahdağ Milli Parkı, Basqal meşəbəyliyinin 4 saylı dolayında atəş səsləri eşidilib. Dolayın mühafizə yegeri həmin istiqamətə yaxınlaşarkən 6 nəfər tərəfindən qonur ayının ovlandığını müşahidə edib. Yeger brakonyerləri saxlamağa çalışsa da, onlar qanuni tələblərə məhəl qoymayaraq ərazidən uzaqlaşıblar. Bu zaman o, naməlum şəxslərin video görüntülərini çəkib. Görüntülər polisə təqdim olunub. Hazırda həmin şəxslərin kimliyi araşdırılır.