• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1783
— 21.11.2018 13:31

Yol polisi reydlərə başladı

KepezTV Player

Gəncənin yol polisi qanunla qadağan edilmiş, nəqliyyat vasitəsinin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonkadan istifadə edən sürüclərə qarşı reydlərə başlayıb. Nəzarət tədbiri zamanı avtomobillərin arxa yan şüşələrinə sənaye, eləcə də kustar üsulla hazırlanan pərdə və jalüzlər taxanlar məsuliyyətə cəlb olunublar. Onların nəqliyyat vasitələri cərimə meydançasına aparılıb. Bundan başqa, Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsi sürücülərə xəbərdarlıq edərək bildirir ki, səkilərdə, yol ayrıclarında, piyada keçidlərində, ictimai nəqliyyatın dayanacaqlarında maşın saxlayanlar cərimələnəcəklər.

Elnur Quliyev - Gəncə şəhər DYPŞ-nin rəis müavini: Noyabr ayının 15-dən nəqliyyat vasitələrini arxa, yan şüşüələrinə jalüzlərdən istifadə müddəti bitmişdir. Sürüclərin nəzərinə çatdırırıq ki, respublia ərazisində, həmçinin Gəncə şəhərində bu sahədə mütamadi reydlər keçiriləcəkdir. Nəqliyyat vasitəlrəini arxa, yan şüşüələrinə pərdə və plyonka quraşdırılmçasına görə, Azərbaycan Respulbikası İnzibati Xətalar Məcəlləsini müvafiq maddəsinə əsasən 150 manat cərimə nəzərdə tutulmuşdur.