• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 997
— 20.11.2018 15:33

Gəncədə orta məktəb müəllimləri üçün ixisasartırma təlimi keçirilir

KepezTV Player

Təhsil Nazirliyinin tərəfindən 500-ə yaxın pedaqoq “Məktəb daxili qiymətləndirmənin metodikası” və “Yazı işinin təşkili metodikası” sahələri üzrə təlim keçir. “Məktəb daxili qiymətləndirmənin metodikası” üzrə ixtisas artırmı sahəsində qiymətləndirmə ilə bağlı yeniliklər, farmativ və summativ qiymətləndirmədə yeni üsul və metodlardan istifadə olunması, tapşırıqların hazırlanmasında yeniliklər öz əksini tapır. “Yazı işinin təşkili metodikası” üzrə ixtisas artırmında isə daha çox imlaların, inşaların eyni zamanda hekayələrin qurulması sahəsində müəyyən olan boşluqların doldurulması məqsədi ilə aparılır. Təlimin sonunda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnistitutu tərəfindən imtahan keçiriləcək və  iştirakçılara Təhsil Nazirliyinin tərəfindən təstiq edilən sertifkatlar veriləcək.

Pərvanə Qədimova koordinator:  “Əsas məqsəd ümumtəhsil məktəblərində çalışan təhsil verənlərin əlavə təhsillərinin artırılması məqsədi ilə keçilir. İxtisas artırma təlimləri mərhələli şəkildə keçilir. Birinci mərhələdə bu qədər müdavim iştirak edirsə, növbəti mərhələlərdə də digər müdavimlər gəlib gəlib iştirak edə biləcək. Bütün müəllimlər ixtisas artırma təlimindən keçəcəklər”.

Əliağa Səfərəliyev iştirakçı:  “Yazı işi texnikası metodikası bizə çox incəliklə öyrədilir. Düşünürəm ki, bundan sonrada yazı işi ilə bağlı orta çıxan mövcud problemin həlli istiqamətində lazımı tövsiyyələr veriləcək”.

Taleh Məmmədov iştikaçı:  “Burada təşkil olunmuş kursda məndə iştirak etdim. Bu yenilikləri öz məktəbimizdə tətbiq edəcəm”.

Elnur Vahidoğlu