• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 720
— 19.11.2018 10:26

Göygöldə qayda pozan sürücülər cərimələniblər

KepezTV Player

Avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Göygöl Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində növbəti reyd keçiriblər. Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər inzibati məsuliyyətə cəlb olunublar.

Yol polisinin əsas hədəfi qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsi olub. Reyd zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, qanunla qadağan olunmuş pərdə, plyonka və rəngli şüşələrdən istifadə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan sürücülər müəyyən edilərək barələrində inzibati protokollar tərtib olunub.

Azər Şabanov - baş inspektor: “30-a yaxın sürücü saxlanıldı və müxtəlif qayda pozuntularına görə inzibati protokollar tərtib olundu. 3 avtomobil isə tərfimizdən cərimə meydançasına yerləşdirildi. Gələckdə də bu kimi reydlər mütəmadi olaraq davam etdiriləcək”.

Yol hərəkəti qaydalarını pozanlar arasında avtomobili sürücülük hüququ olmadan idarə edərək özünün və digərlərinin həyatını real təhlükə ilə üz-üzə qoyanlara da rast gəlinib.

Yol polisi bir daha sürcüləri sükan arxasında əyləşərkən diqqətli olmağa çağırıb.

 

Natiq Hüseyn