• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1744
— 16.11.2018 22:26

5 nəfərin öldüyü yanğınla bağlı cinayət işi açıldı

KepezTV Player

Daşkəsən rayonunda 4-ü uşaq olmaqla, 5 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi açılıb. Noyabrın 14-ü gecə saatlarında rayonun Quşçu kəndində kənd sakini Pənah Tağıyevə məxsus ümumi sahəsi 150 kvadratmetr olan ev tamamilə yanaraq külə dönüb. Fakt üzrə Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2 - ehtiyatsızlıqdan iki və daha çox adam öldürmə və 225.2 - yanğın təhlükəsizliyi qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda maddələri ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir. Yanğından sonra evdən Daşkəsən sakini 28 yaşlı Sevinc Tağıyeva, onun azyaşlı övladları - 8 yaşlı Aysun, 6 yaşlı Sakit və 1 yaşlı Sadiq, eləcə də ev sahibinin qız nəvəsi 11 yaşlı Günel Ədilxanovanın yanmış cəsədləri aşkarlanıb.