• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1157
— 16.11.2018 13:16

Sürücü piyadanı vurub qaçdı

KepezTV Player

Bakının Xəzər rayonunda yol nəqliyyat hadisəsi baş verib. Qəza Mərdəkan qəsəbəsi ərazisində qeydə alınıb. 26 yaşlı Azad Hüseynovu yolu keçmək istəyən zaman naməlum avtomobil vurub. Hadisədən sonra sürücü ərazidən uzaqlaşıb. Yaralı ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatıdırılıb. Piyadanın vəziyyəti ağır olduğundan reanimasiyaya yerləşdirilib. Hadisə yerində Xəzər rayon polis idarəsinin əməkdaşları olublar. Hazırda qəzanı törədən sürücünün kimliyi müəyyənləşdirilir. Faktla əlaqədar cinayət işi başlanılıb.