• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1726
— 16.11.2018 10:03

Tayvanda sürət qutusu olan elektrikli sportbayk təqdim olundu

Skuter, motosiklet və kvadrosikl istehsal edən Tayvanın Kymco şirkəti Milanda keçirilən motosərgidə SuperNEX adlı sportbaykını təqdim edib. Yeniliyin əsas özəlliyi 6 pilləli mexaniki sürət qutusunun olmasıdır. Bir çox elektromobillərdə və motosikletlərdə ondan imtina olunub. Səbəb kimi elektromotoru işə salan gücün bütün fırlanmalara eyni ölçüdə paylanmasıdır. Tayvan mühəndisləri isə fərqli əl işi ortaya qoyublar. Belə ki, yüksək fırlanmada elektromotorun gücü düşür və benzin analoqlara nisbətən yüksək sürət yığmaq çətinləşir. Ötürücülər isə enerjini mühərrikə tənzimləyərək verirlər və bununla sürət dəstinin dinamikliyi optimallaşır. Bütün bunlara rəğmən bir çox rayderlər düşünürlər ki, şirkət sadəcə sürət qutularını bəyənir. Sportbayk 100 km/saat sürəti 2,9 saniyəyə yığır.