• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1889
— 15.11.2018 17:48

Ramil Qasımov ikiqat dünya çempionu ola bilər

KepezTV Player

Sabah paralimpiyaçı cüdoçular arasında dünya çempionatına start veriləcək. Yarışda Azərbaycan yığması da təmsil olunacaq. 17 idmançımız Portuqaliyanın Odivelaş şəhərində keçiriləcək mundialda ölkəmizin şərəfini qoruyacaq. Priney yarımadasına yollanan heyətdə gəncəli Ramil Qasımov da yer alıb. Yığmanın əsas medal ümidlərindən hesab olunan Qasımov Azərbaycanın ən titullu paralimpiyaçılardandır. Ramil 2016 Rio Paralimpiya, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının qalibi, dünya və Avropa çempionudur. Yeri gəlmişkən,  Odivelaş Ramil üçün uğurlu məkandı. Belə ki,  o, məhz bu şəhərdə 2015-ci ildə Avropa çempionu olub. Tatami ustası ilk yarış günündə mübarizəyə qoşulacaq. Nizami yudunun yetirməsi 73 kq çəki dərəcəsində güləşəcək.

Orxan Cəfərzadə