• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2215
— 15.11.2018 13:59

Şirvan sakini yol nişanlarının üstündəki lövhələri oğurladı

KepezTV Player

Şirvan şəhərində yol nişanlarının üzərindəki günəş enerjisi ilə qidalanan lövhələri oğurlamaqda şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Noyabrın 1-dən 13-dək olan müddətdə Şirvan şəhəri ərazisində quraşdırılmış günəş enerjisi ilə qidalanan 30-dan artıq yol nişanının üstündə olan lövhələrin oğurlanması barədə Şəhər Polis Şöbəsinə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Onun Şirvan şəhər sakini Məharim Fərəcov olduğu məlum olub. Fakt araşdırılır.