• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 753
— 15.11.2018 10:10

Dron və robot birlikdə dünyanı öyrəndilər

Çin mühəndislərinin yaratdığı yeni alqoritm dronun köməyi ilə robota ətraf dünyanı öyrənərək avtomatik onun xəritəsini yaratmağa imkan verib. Bu barədə Honkonq Elm və Texnologiya Universitetinin alimlərinin tədqiqatında deyilir. Alqoritm yerin xəritəsini pilotsuz uçan aparatın məlumatlarından istifadə etməklə tərtib edir, yerüstü robotu isə xəritənin ən uzun sahəsinin tərtibini tamamlamağa göndərir. Beləliklə qurğu yeni sahələrin tədqiqi üçün motivasiya edilir. Lidar optik ötürücüsü ilə təchiz edilən dördtəkərli robot stereokamerası aşağı yönələn kvadrokopterlə birlikdə işləyir. Birgə tədqiqat qurğulara digərinin kəşf etdiyi sahələrin tədqiqi ilə məşğul olmağına mane olur. Alqoritmin sınaqları çərçivəsində qurğular 17x8 metr ölçüdə otaqda və 20x20 metr ölçüdə binada olublar. Nəticədə Çin alimləri sahənin birgə öyrənilməsinin tək tədqiq edilməsindən bir neçə dəfə sürətli olması qənaətinə gəliblər.