• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1868
— 15.11.2018 10:11

Hyundai Saga EV krossoveri: 300 mm klirens və elektro ötürücü

Hyundai San-Paulu avtosalonuna 302 millimetrlik klirensi olan subkompakt krossover gətirib. Şou-kar damda yük üçün daha yaxşı yer, yan güzgülər əvəzinə kamera və Kona Electric ofroudundan elektrikli güc sistemi əldə edib. Maşın Hyundai HB20 heçbekinin bazasında yığılsa da ölçüləri və təkər bazası bir qədər iridir. Kuzov demək olar ki, tamamilə unikaldır. Saga EV-in elektromotoru 150 kilovattdır, bu isə 204 at gücünə bərabərdir. 64 kilovatt-saat həcmli batareya ilə avtomobil bir dəfəyə 470 kilometr məsafə qət edə bilər.