• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1265
— 14.11.2018 14:42

Şəmkir, Samux, Qazax və Goranboydan olan məktəblilər cənub və şimal bölgəsini daha yaxından tanımaq üçün yola çıxıblar

KepezTV Player

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində şəmkirli məktəblilər Lənkəran, Masallı və Astara ilə əyani olaraq tanış olacaq.  Ümummilli lider Heydər Əliyevin büstünü ziyarətlə başlayan yolasalma mərasimində bu cür tədbirlərin əhəmiyyətindən danışılıb. 35 məktəblinin 5 nəzarətçi ilə yollandığı tur-aksiya 4 günlükdür və cənub bölgəsinin tarixi, mədəni abidələri, turistik yerləri barədə geniş məlumat əldə etmək imkanı yaradacaq. Aksiya iştirakçıları ayrılmış xüsusi avtobuslarla yola salınıblar.

Maarifləndirici tur-aksiyaya samuxlu məktəblilər də qoşulub. Onlar da Lənkəran, Masallı və Astara marşrutu üzrə ekskursiya edəcəklər. 35 şagirdin daxil olduğu qrup dahi şəxsiyyət Heydər Əliyevin abidəsini ziyarət edib. Yolasalma mərasimində ölkəmizin tarixini və adət-ənənələrini dərindən öyrənmək məqsədilə məktəblilərin bölgələrə səyahətlərinin əhəmiyyətinə toxunulub. Bu ölkəmizi daha yaxından tanımaq, Azərbaycan tarixini dərindən öyrənmək imkanı yaradır. Rəsmi hissədən sonra məktəblilər avtobuslarla yola düşdülər.

Goranboylu məktəblilərin isə şimal bölgəsinə səfərləri təşkil olunub. Aksiya iştiakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət ediblər. Səfəröncəsi çıxış edən rayon rəsmiləri və valdeyinlər təşkil olunan bu kimi aksiyaların məktəblilərin təhsilində, dünya görüşündə xüsusi rol oynayacağına diqqət çəkiblər. Goranboyun 40 əlaçı şagirdinin qatıldığı tur aksiya Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edəcək. Məktəblilər bölgənin tarixi, mədəni abidələri, milli adət-ənənəsi, muzeyləri ilə tanış olacaqlar.

Qazax məktəlilər də yola çıxmazdan öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Cənub bölgəsinə ekskurisyanın əhəmiyyətinə toxunan natiqlər şagirdlərin qarşıdakı dord gün ərzində regionda aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanış olacağına, rayonların sosial, iqtisadi və mədəni həyatındakı yeniliklərə şahidlik edəcəkləri diqqətə çatdırılıb. Həmçinin məktəblilər özlərinə yeni dostlar qazanmaq imkanı qazanacaqlar. Səfər çərçivəsində Hirkan Milli Parkı və Xanbulan gölünə də ekskursiyalar təşkil ediləcək. Məktəblilər ilk dayanacağı Lənkəran olacaq.

 

Natiq Hüseyn

Xaliq Qurbanlı