• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1092
— 13.11.2018 13:53

Mikroavtobus qəzaya uğradı, 10 nəfər yaralandı

KepezTV Player

Yevlax-Xaldan avtomobil yolunun Quşçuluq kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Yevlax sakini Etibar adlı sürücünün idarə etdiyi sərnişindaşıyan mikroavtobusla, Mehman adlı şəxsin idarə etdiyi “VAZ-2107” markalı minik maşını toqquşub.Nəticədə mikroavtobus avtomagistraldan çıxaraq yolun kənarındakı arxa düşüb. Aavtomobillərə ciddi ziyan dəyib. Hadisə nəticəsində sürücülərlə birlikdə 10 nəfər xəsarət alıb. Yaralılar Yevlax və Mingəçevir şəhər mərkəzi xəstəxanalarına çatdırılıblar. İlkin məlumata görə, mikroavtobus Yevlaxdan Mingəçevir istiqamətinə sərnişin aparırmış.