• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1547
— 12.11.2018 14:40

Murad Süleymanov dünya çempionatına qatılıb

KepezTV Player

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı start götürüb. Mundialda ölkəmizi hər 3 yığmamız təmsil edir. Sərbəst güləşçilərdən ibarət millimizin tərkibində gəncəli pəhləvan Murad Süleymanov da Rumıniyaya yollanıb. Noyabrın 18-dək davam edəcək dünya çempionatında gənc güləşçi son yarış günlərində mübarizəyə qoşulacaq. 86 kq çəkidə çıxış edən idmançı ötən il analoji yarışda iştirak etsə də, mükafatçılar sırasına düşə bilməyib. Dünya çempionatı ilə müqayisədə Muradın eyni yaş qrupunda Avropa birinciliyinin gümüş və bürünc mükafatıları var. Nizami yurdunun yetirməsi həmçinin kişilər arasında Avropa çempionatının gümüş medalçısıdır. O, ötən ay kişilərin dünya çempionatında debüt edib, amma yarışı medalsız başa vurub.

 

Orxan Cəfərzadə