• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1024
— 09.11.2018 23:34

Ağır qəzada ölən və xəsarət alanlar var

KepezTV Player

Göygöldə ağır yol qəzası baş verib. Hadisə Bakı-Qazax magistralının rayonun Balçılı kəndi ərazisindən keçən hissəsində, şadlıq evinin yaxınlığında qeydə alınıb. Elməddin Abdullayevin idarə etdiyi, Gürcüstan dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı maşın Qazax istiqamətində hərəkətdə olarkən, Röyal Hacıyevin sükanı arxasında olduğu eyni markalı avtomobillə toqquşub. Nəticədə Göygöl rayon Qızılca kənd sakini, 57 yaşlı Xalidə Bağırova aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Daha iki nəfər Rusiya vətəndaşı, 60 yaşlı Əli Məmmədov və Göygöl sakini, 25 yaşlı Mirmahal Ağabalayev müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, qəzaya Röyal Hacıyevin idarə etdiyi "VAZ 2107"-nin əks istiqamətə hərəkət etməsi səbəb olub. Dəqiq səbəblər isə Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində aparılan araşdırmaların nəticəsində bəlli olacaq.

Natiq Hüseyn