• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1129
— 09.11.2018 13:17

Yanğında iki azyaşlı həlak oldu

KepezTV Player

Şirvan şəhərində evdə yanğın olub. Ümumi sahəsi 180 m² olan birmərtəbəli evin mətbəxinin və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 5 yaşlı Məhəmmədəli Əbilov və 3 yaşlı Əliheydər Əbilovun meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Hadisənin səbəbləri araşdırılır.