• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1219
— 08.11.2018 13:28

Bakı-Qazax yolunda 149 ədəd partlamamış hərbi sursat tapılıb

KepezTV Player

Bakı-Qazax avtomobil yolunda partlamamış hərbi sursat tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Şəmkir rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. 149 ədəd partlamamış hərbi sursat, 2 ədəd boş F-1 əl qumbarası və 1 ədəd avtomat darağı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.