• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1557
— 20.10.2018 16:40

“Kəpəz” heç-heçə oynadı

KepezTV Player

I Divizionda 7-ci turun görüşləri çərçivəsində “Kəpəz” Gəncə şəhər stadionunda “Keşlə 2” komandası ilə qarşılaşıb. Son 3 oyunda ardıcıl xallar qazanmaqla çempionatın startındakı uğursuzluğu unutdurmağı bacaran “sarı-göylər” bu oyunda qələbəni hədəfləyib. Meydan sahibləri ilə turnir cədvəlində qonşu olan qonaqlar da elə səfər matçına eyni istəklə gəliblər. Odur ki, ilk dəqiqələrdən hər iki komanda hücuma atılaraq xoşbəxtliyi rəqib qapısında axtarmağa başlayıb. Amma 90 dəqiqə ərzində tərəflərin bütün səylərinə baxmayaraq hesab dəyişməyib. Oyun başladığı kimi 0:0 hesabı ilə başa çatıb. Aktivinə bir xal yazsa da, turnir cədvəlində geriləyən “Kəpəz” 12-ci yerə düşüb. 6 xala malik komanda növbəti turda “Turan Tovuz”u qəbul edəcək. Bu oyun oktyabrın 25-də keçiriləcək.

Azad Rəfi