• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1489
— 20.10.2018 16:34

Gəncə Dövlət Universitetinin 80 illik yubileyinə həsr olunan spartakiada keçirilib

KepezTV Player

Azərbaycan idmançılarının əldə etdiyi uğurlardan, bu sahədə görülən işlərdən söz açılıb.

Tədbir Gəncə Dövlət Universitetində təhsil alan bir çox beynəlxlaq və respublika əhəmiyyətli yarışlarda qalib olan idmançılar, spartakiadanın iştirakçı komandaları, universitetin professor və müəllim heyətinin iştirakı ilə baş tutub. Peşəkar idman müəllimlərinin və idmançıların yetişdirilməsi sahəsində Gəncə Dövlət Universitetinin İdman Klubunun rolundan, bu vaxta qədər klubun yetirmələrinin ölkəmizdə və beynəlxalq arenalarda qazandıqları nəticələrdən danışılıb. Daha sonra idmançıların ayrı-ayrı idman növləri üzrə nümunəvi çıxışları olub. Gələn il Gəncənin Avropanın İdman şəhəri kimi beynəlxalq layihəyə ev sahibliyi edəcəyi diqqətə çatdırılıb.

Tədbir bədii hissə ilə yekunlaşıb. Şəhərin mədəniyyət və incəsənət xadimləri musiqi nömrələri ilə çıxış ediblər.