• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 931
— 19.10.2018 14:46

Şəmkirdə məktəblilərin Heydər Əliyev mərkəzinə ekskurisyası təşkil olunur

KepezTV Player

Şəmkirdə məktəblilərin Azərbaycanın ən yeni tarixini daha yaxşı öyrənməsi məqsədi ilə xüsusi tədbirlər planı hazırlanıb. Şagirdlərin rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub. Ekskursiya ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi, Azərbaycan və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə biliklərinin artırılması məqsədi daşıyıb. Şəmkirin rəmzlərindən biri hesab edilən Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir. Burada, həmçinin dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə çalışdığı iş otaqlarının maketləri də yaradılıb.

Xəyalə Əsgərova - psixoloq: Zəyəm-Cırdaxan kənd 1 saylı tam orta məktəbin psixoloquyam. Bizim məktəbmizdə müxtəlif məzmunlu tədbirlər olur. Bu gündə həmin tədbirlərin davamıdır. Əsas məqsədimiz uşaqları Heydər Əliyev mərkəzi ilə tanış etmək və dahi şəxsiyyətin siyasətini uşaqlara öyrətməkdir.

 

Natiq Hüseyn