• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1240
— 19.10.2018 13:13

Külli miqdarda xarici valyutanın qanunsuz yolla aparılmasına cəhdin qarşısı alınıb

KepezTV Player

Külli miqdarda xarici valyutanın gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdin qarşısı alınıb. Bakı-Urumçi aviareysilə getmək istəyən Rusiya vətəndaşı "Yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçib, lakin baqajında və üzərində olan, əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı "Qırmızı kanal" buraxılış sistemindən istifadə etməklə gömrük orqanına elektron və ya yazılı formada bəyan etməyib. Bundan sonra vətəndaş gömrük və pasport nəzarətindən keçərək steril zonaya daxil olub. Baqajı rentgen aparatından keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Təkrar yoxlama zamanı çantada olan sellofan paketdəki corabın içində 15400 ABŞ dolları aşkar edilib. Vətəndaşın üzərində valyuta olub-olmadığı soruşulduqda isə o, 10.000 ABŞ dollarını gödəkçəsinin cibindən çıxararaq gömrük nəzarətinə təqdim edib. Fakt araşdırılır.