• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 761
— 19.10.2018 13:25

Yuxulu sürücü qəza törətdi

KepezTV Player

Daha bir qəza Gədəbəydə baş verib. Rayon sakini 22 yaşlı Azər İsmayılovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil Gədəbəy şəhərinin girişində, körpüyə çatmamış işıq dirəyinə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya çatdırılıb. İlkin ehtimala görə, qəzaya sürücünün sükan arxasında yuxulaması səbəb olub. Fakt araşdırılır.