• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1167
— 19.10.2018 13:19

Futbolçu qəza törətdi, piyada xəsarət aldı

KepezTV Player

“Qarabağ”ın qapıçısı Hanes Haldourson Bakıda qəza törədib. İslandiya millisinin üzvü Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisində idarə etdiyi “Volkswagen Tuareg” markalı avtomobillə yolu keçən 63 yaşlı Namiq Eyvazovu vurub. Futbolçu maşından düşərək yaralıya kömək edib və onu xəstəxanaya çatdırıb. 3 saylı şəhər klinik xəstəxanasında piyadaya hər iki ayağının sınığı diaqnozu qoyulub. Həkimlər yaralının həyati təhlükəsinin olmadığını, lakin uzun müddət yeriyə bilməyəcəyini deyiblər. Qəza ilə bağlı araşdırmalara başlanılıb.