• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3190
— 18.10.2018 22:42

Ağsu sakini Naftalanda narkotiklə tutuldu

KepezTV Player

Naftalanda narkotik istifadçisi saxlanılıb. Şəhər Polis Şöbəsinə Ağsu sakini İmadəddin Talıbovun üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olub. Dərhal əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları həmin şəxsi şübhəli kimi saxlayıblar. Şöbədə Talıbovun üzərinə baxış zamanı ondan külli miqdarda narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxs narkotiki Qax rayonunda şəxsi istifadəsi üçün yığıb topladığını deyib.

Yusif Əliyev müstəntiq: Naftalan şəhər polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağsu rayon Kəndoba kənd sakini Talıbov İmadəddin Məhəmməd oğlu 17 oktyabr 2018 ci il tarixdə Naftalan şəhərində saxlanaraq polis şöbəsinə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zamanı əlində olan polietilen torbada təmiz çəkisi 425 qram olan narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb.

İmadəddin Talıbov saxlanılan şəxs: Onu iki üç ay ora Qax rayonundan meşədə yığımışdım. Keçirdim gördüm iyi gəlir. Özüm çəkəni olmuşam deyə bilirdim. Ona görə də çəkmək üçün yığdım qurutdum.

Natiq Hüseyn