• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2071
— 18.10.2018 16:18

Bu il Goranboy rayonunda ilk dəfə sarımsaq bitkisinin kütləvi şəkildə əkini aparılır

KepezTV Player

Sentyabr ayından başlayaraq 30 hektar sahədə əl əməyi vasitəsilə sarımsaq əkilib. Artıq 20 hektardan məhsulun çıxışı əldə olunub. Sahələrin suvarılması müasir çiləmə üsullu ilə aparılır ki, bu da bitkinin yaxşı suvarılmasına və şoranlaşmanın qarşısının alınmasına yönəlib. Rayonunun əsasən dağətəyi münbit ərazilərində əkini aparılan sarımsağın becərilməsinə kənd sakinləri cəlb olunub. Bu da 100-ə yaxın işçinin davamlı məşğulluğunun təmin olunması deməkdir.

Çərkəz Səfərov aqronom:“Əsasən bizim məhsullar yerli bazar üçün nəzərdə tutulub. Gələcək perspektivlərdə xarici bazarda planımızda var. Yerli sortlardan istifadə etmişik, məhsuldarlıqda hər hektardan 12-14 ton olacağı prazonzlaşdırılır. Sarımsağın yığımınada may aydından başlanılacaqdır”.