• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1604
— 18.10.2018 10:07

Razer Phone 2 gamer smartfonu təqdim olundu

Gamerlər üçün oyun cihazları və aksessuarları istehsal edən Razer şirkəti özünün Razer Phone 2 gamer smartfonunu təqdim edib. Yeni model smartfon 120 GHz tezlikli ekran, flaqman özəlliklərə və yüksək qiymət göstəricisinə sahibdir. Smartfonun öz ölçüsü böyük, bucaqları isə düzdür. Bununla yanaşı smartfonun arxa panelində qaranlıqda işıq saçan Razer loqosu var. Loqonun rəngini ayarlar vasitəsilə dəyişmək olar. Bundan əlavə olaraq həmin loqo bildirişlər indekatoru kimi fəaliyyət göstərir. Smartfonun korpusu şüşədən, çərçivələri isə metaldan hazırlanıb. Korpusun özü IP67 standartı üzrə sudan və tozdan qorunur. Müasir smartfonlarla müqayisədə Razer Phone 2 çox qalın çərçivələrlə təmin olunub. Lakin bunun əsas səbəbi ondan ibarətdir ki, smartfon güclü stereo səsgüclədnriciləri və Dolby Atmos dəstəyini özündə birləşdirir. Razer Phone 2 QHD keyfiyyətli 5.7 inç LCD ekranla təchiz olunub və ekranın özü Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Ekranın korpusa nisbəti standart olaraq 16:9 olaraq qalıb. Yeni smartfondakı ekran əvvəlki modeldən fərqli olaraq 50% daha parlaq olub. Əsas texniki göstəricilərə gəldikdə isə Razer Phone 2 Snapdragon 845 prosessoru, 8 GB RAM, 64 GB daxili yaddaş və QuickCharge 4.0+ sürətli enerji yığma özəllikli 4000 mAs enerji tutumlu batareya ilə işləyir. Smartfon həmdə naqilsiz şarj texnologiyasını dəstəkləyir. Razer Phone 2 optik stablizasiya özəlliyinə sahib f/1.75 diafraqmalı 12 MP-lik ikili arxa kamera çəkir. İkinci kamera modulu isə teleobyektivdir. Smartfonun 8 MP-lik ön kamerası da var . Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışan Razer Phone 2 800$-a satılacaq. Smartfonun ön sifarişlərinə artıq start verilib. Onun satışa çıxma tarixi barəsində isə heç bir məlumat yoxdur.